Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.

İlk “Açıq qapı” günü 2020-ci ilin 4 iyun tarixində keçiriləcəkdir.

Görüşlərə qatılmaq istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close