AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti “YAŞAT” Fonduna ianə edib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 19 mart 2021-ci il tarixli müvafiq qərarına əsasən universitetin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 (on) min manat vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Daha çox

Oxşar yazılar

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker