Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Mingəçevir Dövlət Universiteti (MDU) N saylı hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. Fərman MDU-nun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi dövründə hərbi hissəyə yaxından dəstək göstərdiyinə görə təqdim edilib.

Qeyd edək ki, müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusunun sayəsində 30 illik doğma Qarabağ həsrətinə son qoyan Zə­fər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə döyüşlərdə, həm də ar­xa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbrlərində fəal iştirak edib, yüksək həm­rəylik nümayiş etdirib.

Torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və mə­zunlarımız ölkə başçısı tərəfindən müvafiq medallar­la təltif edilib.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi­nin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdiklə­ri şücaət və vətənpərvərlik nümunələri ba­rədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.