AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib

22 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib. Seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar.

Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.

Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra, MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcəkdir.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker