Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub

Mingəçevir Dövlət Universiteti (MDU) “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşdırılan “Əsgərə Məktub!” layihəsinə qoşulub. Belə ki, MDU-nun tələbəsi Zamin Cəfərov universitetin tələbələri və əməkdaşları adından əsgərə məktub ünvanlayıb.

Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsini və tələbə-gənclərin daim onların yanında olduğunu ifadə edən məktub audio formatda səsləndirilib və Asan Radio tərəfindən yayımlanıb. MDU bu layihəyə qoşulan ilk ali təhsil müəssisəsi olub.

Qeyd edək ki, Azərbaycan əsgərlərinə cəmiyyətin dəstəyini nümayiş etdirən layihə “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu vaxta qədər layihəyə millət vəkilləri, idmançılar, aktyorlar və digər bir çox tanınmış şəxslər qoşulublar.

https://www.youtube.com/watch?v=RQ-KQHrMwVQ

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close