Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünü dəstəkləyir, universitetin yaradıcı bacarıqları və xüsusi istedadı olan tələbələrini və əməkdaşlarını bu aksiyaya qoşulmağa dəvət edir.
Təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, karantin müddətində evdə qalan insanlar hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla və “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini posta işarələməklə paylaşır. Bununla, həmin insanlar koronavirusa hamılıqla mübarizə apardığımız indiki dövrdə pozitiv əhvalın gücləndirilməsinə töhfə vermiş olurlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən də dəstəklənən təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.
MDU ailəsinin bütün üzvlərini “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə fəal qoşulmağa dəvət edirik.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
“Evdə Qal, Evdə Yarat” təşəbbüsü ilə bağlı daha ətraflı məlumatı https://creative.az/az/post/109 ünvanından əldə etmək olar.
Şərhlər bağlıdır.