Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə vermək üçün

54 saylı Mingəçevir seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd Həmzəyev Faiq Məcid oğlunu tanıyaq

Həmzəyev Faiq Məcid oğlu 12 noyabr 1962-ci ildə Mingəçevir şəhərində doğulub.  1981-1983 -ci illərdə radiotexnika qoşunları və hava hücumundan müdafiə sahəsində hərbi xidmət keçib.  1986-1989-cu illərdə Mingəçevir Baza Politexnik Texnikumunda elektrik stansiyaları şəbəkələri və sistemləri (mexanik-elektrik) ixtisası üzrə təhsil alıb.

İlk dövrdə  elektrik quraşdırıcısı, kabelçi və lehimçi, kabel ustası vəzifələrində çalışıb. Sonradan peşəkar işçi kimi mühüm strateji obyektlərdə məsul vəzifələri icra edib. Belə ki, Qəbələ RLS-də aşağı və yüksək gərginlikli xətləri quraşdırıb, layihənin təhvil verilməsi müddətində vacib məqamları yerinə yetirib.

Green-Blue MMC-də baş mühəndis kimi böyük layihələrin idarə olunması və texniki tələblərə və standartlara uyğun olaraq həyata keçirilməsində, yeni texnologiyaların tətbiqi və optimallaşdırılmasında iştirak edib. İR-MASTER GRUOP MMC-də layihə rəhbəri olaraq, komandanın idarə edilməsini öhdəsinə götürüb, layihələrin büdcəsi, vaxtı və keyfiyyətinə nəzarət edib.

Faiq Həmzəyev 2010-cu ildə Kür Olimpiya Tədris İdman Mərkəzinə texniki şöbə rəisi təyin olunub və 2023-cü ilədək bu müəssisədə çalışıb. O, qazanxana və istilik,  isti və soyuq su, yarımstansiya, havalandırma sistemlərinin normal işləməsinə, hovuz, idman zalı, otel  və kompleksin digər sahələində nasazlıqların vaxtında aradan qaldırılmasına nail olub.  Hazırda “İR MASTER GROUP” MMC-nin layihə rəhbəridir.

Heç bir partiyanın üzvü olmayan Faiz Həmzəyev 54 saylı Mingəçevir seçki dairəsindən namizədliyini irəli sürüb. Seçkilərdə qalib gələrsə, yerli icmanın inkişafı üçün innovativ həllər təqdim etmək, yeni layihələr həyata keçirmək niyyətindədir. Məqsədi ictimai və infrastruktural inkişaf layihələri ilə Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə verməkdir.

Ümid edirik ki, mingəçevirlilər yanvarın 29-da Həmzəyev Faiq Məcid oğluna səs verməklə, layihə idarəçiliyi, analitik düşüncə, problemləri həll etmə, yenilikçi texnologiyaları tətbiq etmə, komanda idarəçiliyi və liderlik bacarıqlarına malik şəxsin öz ideyalarını yerli Bələdiyyədə gerçəkləşdirməsinə şərait yaradacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.