Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdən paytaxt və bölgələrə əlavə avtobus marşurutları ayrılıb

100

Bayram günləri sərnişin sıxlığı nəzərə alınaraq Mingəçevirdən paytaxt və bölgələrə əlavə avtobus marşurutları ayrılıb.  Şəhər avtovağzalının baş dispetçeri Beçət Məmmədovun verdiyi məlumata görə,  bu məqsədlə Bakı marşurutu üzrə 6 iri və 10 kiçik tutumlu sərnişin avtobusları müəyyən edilib.

Eyni zamanda Mingəçevir- Yevıax-Bərdə və Mingəçevir-Gəncə istiqamətinə hərəkət edəcək 10 əlavə avtobus ayrılıb. Onun sözlərinə görə əsas məqsəd bayram günlərində bütün sərnişinləri istisnasız olaraq vaxtında mənzil başına çatdırmaq və belə günlərdə qiymət artırmaqda maraqlı olan bəzi kənar fürsətcil sürücülərin qarşısını aımaqdır.

Ehtiram Muradov

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.