Mingəçevirdə nərd turniri başa çatdı
Həm qaliblər mükafatlandırıldı, həm də turnirin təşkilinə dəstək göstərənlər
Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan nərd turniri 7 yanvar 2023-cü ildə “Yaşıl” çay evində başa çatıb. Turnirin galibi Vüsal Şirinov olub. 2-ci yerə Röyal Ələkbərov, 3-cü yerə isə Faiq Həmzəyev sahiblənib. Onlara turnirin təşkilat komitəsinin üzvü Əliqağa Bəndalıyev və baş hakim Qalib Ağayev mükafatları təqdim edib.
Turnirin təşkilində dəstəyinə görə Taleh Abdullayev, Ramiz Pənahov, Sadıq Qarayev və Nizami Yusifov Fəxri Fərmana layiq görülüb. Şəhər fəallarından Çingiz Nəzərov, Eyyb Həsənov və Eyyub Rəşidova da tədbirin təşkilində fəal iştirak etdiklərinə görə minnətdarlıq edilib.
Şərhlər bağlıdır.