Mingəçevirdə bir qrup müəllim və əmək veteranı mükafatlandırıldı
Təhsil işçilərinin fikrincə, məktəbin vəzifəsi təkcə təhsil vermək deyil, həm də fəal və vətənpərvər vətəndaş yetişdirməkdir
Oktyabrın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Beynəlxalq Müəllimlər günü ilə əlaqədar təhsil işçilərini qəbul edib. Müəllimlərin cəmiyyətin inkişafında roluna diqqəti çəkən başçı onların sosial rifahının gücləndirilməsi, məktəblərin təmir olunması və yenilərinin tikilməsi ilə bağlı görülən işlərdən də danışıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin sektor müdiri Sevinc Həsənova, 20 saylı məktəbin tarix müəllimi Çəmən Əliyeva, təaqüdçü Adil Kərimov, MDU-nun müəllimi Mayıl İsmayılov, şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev və başqaları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib və arzularını bildiriblər. Onlar vurğulayıblar ki, məktəbin vəzifəsi təkcə təhsil vermək deyil, həm də fəal və vətənpərvər vətəndaş yetişdirməkdir.
Sonda İcra Hakimiyyəti adından bir qrup müəllimə Fəxri Fərman, veteran müəllimlərə isə hədiyyələr təqdim olunub.
Şərhlər bağlıdır.