Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib

7

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın cari il üçün illik iş planına müvafiq olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzində “15 May – Beynəlxalq Ailə Günü” münasibətilə geniş tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin memarı, Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Komissiyanın aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə bildirib ki, 15 May tarixi BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. O, çıxışında ailənin cəmiyyətin fundamental dayağı olduğunu vurğulayaraq, dövlətimizin hər zaman ailə institutunun möhkəmləndirilməsinə xüsusi diqqət göstərdiyini qeyd edib. Abbaszadə ailələrin milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin sağlam formalaşmasındakı rolunu xüsusilə önə çəkib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi “Azərbaycan müəllimi” mətbuat orqanının Mərkəzi Aran, Şəki-Zaqatala üzrə regional təmsilçisi Aynur Araz öz nitqində şagirdlərin ideoloji maarifləndirilməsində valideyn-müəllim-məktəb üçbucağının qorunmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, şagirdlərin inkişafında və tərbiyəsində ən mühüm amillərdən biri məhz ailə ilə məktəbin qarşılıqlı əməkdaşlığıdır: “Valideynlər və müəllimlər arasında qurulan sağlam münasibətlər şagirdlərin şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Unutmamalıyıq ki, müəllim şagirdin güzgüsüdür və müəllimin davranışları, əxlaqı, intellektual səviyyəsi şagirdlər üçün nümunədir”. Aynur Araz həmçinin müəllimlərin ailələrlə sıx əməkdaşlıq edərək şagirdlərin potensialını düzgün istiqamətləndirməli olduqlarını bildirib.

Yaradıcılıq Mərkəzinin direktor əvəzedicisi Elnarə Əlieyeva çıxışında qeyd edib ki, hər bir cəmiyyətin inkişafı ailə dəyərlərinin qorunması ilə sıx bağlıdır. O, ailə institutunun qorunub saxlanılmasının və sağlam ailələrin formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xüsusi vurğulayaraq, Mingəçevirdə bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəliyinin fəal üzvləri ailə konsepsiyası, uşaqların hüquq və vəzifələri barədə interaktiv diskussiyalar aparıb, gənc nəsildə ailə dəyərlərinin təbliğinin önəmini qeyd ediblər.

 

Tədbirin təşkilatçısı, Yaradıcılıq Mərkəzinin müəllimi Ülviyyə Kərimova tədbirin davamında səhnəni Yaradıcılıq Mərkəzinin istedadlı şagirdlərinə təqdim edib. Şagirdlər müxtəlif tarixi və ailə mövzularında maraqlı səhnəciklər nümayiş etdiriblər. Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvləri ifa etdikləri rəngarəng musiqi nömrələri ilə tədbirə xüsusi ovqat bəxş ediblər. Həmçinin, rəqs dərnəyinin üzvləri milli rəqs nömrələri ilə çıxış ediblər.

Tədbir çərçivəsində şagirdlərin öz ailələri haqqında yazdıqları qısa esselərdən ibarət məktublar və gənc dizaynerlər dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Şagirdlərin yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbirin təşkilatçıları iştirakçılara təşəkkür edərək gələcəkdə də belə maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildiriblər.

Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.