Sənaye müəssisələri tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 292780,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 16,0 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 12,6 faizi emal sektorunda, 85,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə 219 fərdi yaşayış evi tikilib, 43326,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Şəhərdə əsas kapitala cəmi 72995,5 min manat investisiya yönəldilmişdir ki, bunun da 57025,1 min manatı tikinti-quraşdırma işləridir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 65,5 ton ət (diri çəkidə) kəsilmiş, 1180,9 ton süd (fiziki çəkidə) sağılmış, 5,4 ton yun (fiziki çəkidə) və 154,0 min ədəd yumurta istehsal edilmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-dekabr aylarında 580,0 min ton yük və 25995,0 min sərnişin daşınmışdır. 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 15,5 faiz, sərnişin daşınması isə 27,3 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri 2022-ci ilin yanvar-dekabr aylarında 2863,6 min manatlıq xidmət göstərmişdir ki, onun da 47,6 faizi və ya 1364,0 min manatı əhali sektoruna aid olmuşdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 17,8 faiz və ya 432,1 min manat artmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 441780,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 66358,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 14,9 faiz, ödənişli xidmətlərin həcmi isə 19,2 faiz artmış, ticarət şəbəkəsindən 286930,3 min manatlıq ərzaq məhsulları, 154849,9 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 114,1 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 119,0 faiz, qeyri-ərzaq malları üzrə 106,0 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 113,6 faiz təşkil etmişdir.
İlkin hesablamalara görə 2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 535,9 manat təşkil etmişdir.
İlkin hesablamalara görə şəhər əhalinin sayı 01 yanvar 2023-cü il tarixinə 102432 nəfərdir.
Şərhlər bağlıdır.