Mingəçevir şəhərində keçirilən “Güclü Qadın” layihəsinin yekun bağlanış tədbiri uğurla həyata keçirilib
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən maliyyələşdirilən
“Güclü Qadın” layihəsi çərçivəsində bir sıra istiqamətdə təlimlər təşkil edilib.Təlimçilər arasında Mingəçevir Dövlət Universitetinin müəllimləri Shabnam Islamova – ” Özünü Tanı” , Samira Ahmadova– ” Qaliblərin Qanunu” və universitetin Tələbələrlə İş və Tədbirlərin Təşkili şöbəsinin rəhbəri Ilhama Raquf -“Sərhədsiz İmkanlar” adlı təlim ilə çıxış ediblər.
Layihə çərçivəsində keçirilən təlimlər -gənc qızların şəxsi və peşəkar inkişafına xidmət etməklə yanaşı, onların liderlik qabiliyyətlərini də inkişaf etdirməyə yardımçı olub.
İştirakçılar, həmçinin psixoloq- təlimçi Gunel Abdullayeva tərəfindən reallaşan “Güc Düşüncələrimizdədir” adlı meditasiyalı təlimdən, eyni zamanda Mingəçevir şəhər Ruhi Əsəb xəstəlikləri dispanserinin baş həkimi Shamsinur V Huseynovanın təşkil etdiyi master-klassdan faydalanıblar. Həkimin peşəkar fəaliyyəti və həyat təcrübəsindən faydalanan gənc qızların ünvanladıqları anonim suallar da Ş. Hüseynova tərəfindən cavablandırılıb.
Yekun tədbirdə Mingəçevir Dövlət Universitetinin baş müəllimi və psixoloq İlhamə İsmayılova çıxış edərək layihəni yüksək qiymətləndirib, onun qızlar üçün təşkil olunan bu kimi fəaliyyətlərinin önəmini vurğulayıb. İlhamə İsmayılova, layihənin qızlara şəxsiyyət quruluşunda və karyera inkişafında göstərdiyi təsirlərini qeyd edib.
Tədbirdə iştirak edən gənc qızlar layihə çərçivəsində göstərdikləri fəallıq və məsuliyyət nəticəsində sertifikatla təltif edilib. Bu sertifikatlar, onların layihədəki iştiraklarını rəsmiləşdirir və gələcəkdəki karyeralarında önəmli bir addım olaraq qəbul edilə bilər.
Eyni zamanda, layihədə göstərdiyi səylərə və mükəmməlliyə görə təlimçilər təşəkkürnamələrlə qiymətləndirilib.
Qeyd edək ki, layihə Mingəçevir Gənclər Evi / Mingachevir Youth House və Abral Təhsil Mərkəzində təşkil olunub.
+27
<img class=”x16dsc37″ role=”presentation” src=”data:;base64, ” width=”18″ height=”18″ />
Şərhlər bağlıdır.