Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Resurs Mərkəzinə 4 işçi tələb olunur

Sənədlər 2024-cü il iyulun 20-dən avqustun 15-dək göndərilməlidir

“Mingəçevir Resurs Mərkəzi” MMC-yə aşağıdakı peşələr üzrə təcrübəli işçilər tələb olunur:

1.Psixoloq (əhaliyə fərdi və qrup şəklində psixoloji yardımlar göstərəcək);

2.Hüquqşünas (müxtəlif təbəqən olan insanlara məhkəməyə qədər hüquqi xidmətlər göstərəcək);

3.İqtisadçı/mühasib (kiçik və orta sahibkarlara iqtisadi və mühasibət xidmətləri göstərəcək);

4.Xadimə (xidmət ərazisində gündəlik təmizlik işləri aparacaq).

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • CV (mobil nömrə və ünvan qeyd olunmaqla);
  • Ən azı 3 illik iş təcrübəsi barədə sənəd;
  • Əvvəlki iş yerlərinin ən azı birindən zəmanət məktubu;
  • Ali təhsil haqqında sənəd, əlavə təhsil barədə yerli və beynəlxalq təşkilatların sertifikatları (psixoloq, hüquqşünas, iqtisadçı/mühasib vəzifələri üçün).

Sənədləri 2024-cü il iyulun 20-dən avqustun 15-dək farman.nabiyev@gmail.com ünvanına yollayın.

Müsahibəyə dəvət olunacaq şəxslərin email ünvanına bildiriş göndəriləcək.

 

Mingəçevir Resurs Mərkəzi MMC

Şərhlər bağlıdır.