Mingəçevir iki şəhidi ilə vidalaşdı
On minlərlə insan “Vətən bölünməz, Şəhidlər ölməz” şüarı ilə onları evlərindən Şəhidlər Xiyabanınadək müşayiət etdi, son mənzilə yola salma mərasimlərinə qatıldı
Bu gün Mingəçevirdə Azərbaycan ordusunun hərbi qulluqçuları Abbasov Ruslan Əbülfət oğlu və Canbaxışov Xəyal Xeyri oğlu ilə vida mərasimləri keçirilib. On minlərlə insan “Vətən bölünməz, Şəhidlər ölməz” şüarı ilə onları evlərindən Şəhidlər Xiyabanınadək müşayiət edib, son mənzilə yola salma mərasimlərinə qatıldı. Şəhidlər torpağa tapşırıldıqdan sonra ruhlarına dualar verilib, onların büküldükləri Azərbaycan bayraqları isə yaxınlarına bağışlanıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dəfn mərasimlərində çıxış edərək deyib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: “Biz tezliklə antiterror əməliyyatlarımızın nəticəsini görəcəyik”.
Şərhlər bağlıdır.