Mingəçevir gəncləri natiqlik bacarıqlarına yiyələnir
Natiqlik bacarıqlarını artırmaq, natiqlik sənətinin incəliklərinə yiyələnmək arzusunda olan gənclər “Natiqlik Akademiyası” layihəsində bir araya gəlib.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin açılışı və ilk təlimi keçirilib. Açılış zamanı layihə rəhbəri Anar Quliyev iştirakçılara layihə ilə bağlı məlumat verib, gənclərə aktiv olmağı və təlimlərdən maksimum şəkildə faydalanmağı tövsiyə edib.
Təlimçi Etiram Sadıqzadə gənclərə natiqlik sənəti, natiqlik sənətinin incəlikləri, karyerada uğur qazanmaqda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə ilə bağlı məlumat verib. Təlim zamanı suallarına cavab tapan iştirakçılar komandalara bölünərək qrup işləri yerinə yetirib. Qrup işlərini təqdim edərkən natiqlik bacarıqlarını nümayiş etdirən gənclər sonda ilk günlə bağlı təəssüratlarını bölüşüb.
Layihənin əsas məqsədi gənclərdə natiqlik bacarıqlarının formalaşdırmaq və inkişaf etdirmək, onların nitq mədəniyyətini zənginləşdirmək, gənclərdə peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqlarını inkişaf etdirməkdir.
Şərhlər bağlıdır.