Mingəçevir Dövlət Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində futzal üzrə qruplararası universitet birinciliyinin final görüşü keçirilib
Mingəçevir Dövlət Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində idmanın futzal növü üzrə qruplararası universitet birinciliyinin final oyunu keçirilib. Olimpiya sistemi üzrə keçiriən yarışda 10 qrup mübarizə aparıb. Gərgin keçən mübarizə şəraitində II turun oyunları artıq başa çatıb. Bu gün final oyunu baş tutub. Tələbə-gənclər əzimlə mübarizə aparıblar. Oyunların nəticələri aşağıdakı kimi olub.
II TURUN NƏTİCƏLƏRİ:
Təhsil fakültəsinin Sİ23 komandası – İqtisadiyyat və idarəetmə fakültəsinin Mq23.1 və 2 komandası – ilə görüşü 3:4 hesabı ilə;
Mühəndislik fakültəsinin EM21 komandası – eyni fakültənin SM22.1 komandası ilə görüşü 5:4 (penalti)
İqtisadiyyat və idarəetmə fakültəsinin Mq23.1 və 2 komandası – İqtisadiyyat və idarəetmə fakültəsinin Tİ23.3 komandası ilə görüşü 0:5 hesabı ilə (yarımfinal);
III – IV yerlər:
İqtisadiyyat və idarəetmə fakültəsinin Mq23.1 və 2 komandası – Mühəndislik fakültəsinin SM22.1 komandası ilə görüşü 6:4 hesabı ilə başa çatıb.
FİNAL:
İqtisadiyyat və idarəetmə fakültəsinin Tİ23.3 komandası – Mühəndislik fakültəsinin EM21 komandası ilə görüşü 3:4 hesabı ilə başa çatıb. Final oyunununa məşqçi-müəllim Mehman Baxışov hakimlik edib.
Beləliklə, Mingəçevir Dövlət Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində idmanın futzal növü üzrə qruplararası universitet birinciliyində
I yeri – Mühəndislik fakültəsinin EM21 komandası
II yeri – İqtisadiyyat və idarəetmə fakültəsinin Tİ23.3 komandası
III yeri İqtisadiyyat və idarəetmə fakültəsinin Mq23.1 və 2 komandası fəxri kürsün müvafiq yerlərini tutublar.
Yarışın baş hakimi Fərman Məmmədov olub. Qalib komandaya kuboku təqdim edilib.
Qeyd edək, Mingəçevir Dövlət Universitetində belə yarışlar mütəmadi keçirilir. Tezliklə idmanın digər növlərinə də start veriləcəkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.