Mingəçevir Dövlət Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində futzal üzrə qruplararası universitet birinciliyi start götürüb
Mingəçevir Dövlət Universitetində 07-30 oktyabr 2024-cü il tarixlərdə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində idmanın futzal növü üzrə qruplararası universitet birinciliyinə start verilib. Olimpiya sistemi üzrə keçiriən yarışda 10 qrup mübarizə aparır. Yarışların keçirilməsində məqsəd tələbə-gənclər arasında fiziki tərbiyəni və idman işlərini daha da inkişaf etdirmək, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, tələbə-gənclərin sağlamlığını möhkəmləndirmək, sağlam həyat tərzinin və asudə vaxtını təmin etmək, tələbə-gəclər arasında idmanın futzal növünün inkişaf etdirilməsi, universitetin futzal idman növü üzrə yığma komandasına yeni üzvlərin seçilməsindən ibarətdir.
Gərgin keçən mübarizə şəraitində I turun oyunları artıq başa çatıb. Tələbə-gənclər əzimlə mübarizə aparırlar. Oyunların nəticələri aşağıdakı mənzərəni özündə ehtiva edir. Belə ki:
İqtisadiyyat və idarəetmə fakültəsinin Bİ22.1 və 2 komandası – Təhsil fakültəsinin Sİ23 komandası ilə görüşü 5:6 hesabı ilə;
İqtisadiyyat və idarəetmə fakültəsinin Mq23.1 və 2 komandası – eyni fakültənin İ22 komandası ilə görüşü 8:0 hesabı ilə;
Mühəndislik fakültəsinin KM22 komandası – İqtisadiyyat və idarəetmə fakültəsinin Tİ23.3 komandası ilə görüşü 0:9 hesabı ilə;
Təhsil fakültəsinin Rİ23.1 komandası – Mühəndislik fakültəsinin EM21 komandası ilə görüşü 3:9 hesabı ilə;
İqtisadiyyat və idarəetmə fakültəsinin Tİ23.1 və 3 komandası – Mühandislik fakültəsinin SM22.1 komandası ilə görüşü 4:5 hesabı ilə başa çatıb.
Artıq II turun oyunlarına start verilib. Bu haqda daha ətraflı ikinci turun sonunda məlumat veriləcək. Yarışın baş hakimi Fərman Məmmədovdur.
Qeyd edək, Mingəçevir Dövlət Universitetində belə yarışlar mütəmadi keçirilir. Tezliklə idmanın digər növlərinə də start veriləcəkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.