Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Dram Teatrının Quruluşçu Rejissoru Xalq Artisti Valeh Kərimova həsr olunmuş tədbir keçirilib

12.06.2024 tarixində Göyçay şəhərində baş tutan tətbirdə Mingəçevir Dövlət Dram Teatrının direktoru İnqitam Soltan, Teatrın əməkdaşları Xalq Artisti Valeh Kərimov aktirisalar Abuşova Lalə, İsmayılova Aytən iştirak ediblər.

Azərbaycan mədəniyyətində öz əvəssiz xidmətləri olan Valeh Kərimovun 80- illiyinə həsr edilmiş yubiley tədbirində Göyçay şəhər Həmkarlar İttifaqının sədri Nəriman Məlikov, metodist Bəykişiyev Əlisafa, Göyçay şəhər Mədəniyyət evinin direktor əvəzləyicisi Fərid Nəbiyev, Mədəniyyət evinin əməkdaşı Təranə Sadıqova, şəhərin ictimai -sosial nümayəndələri, teatrsevərlər iştirak ediblər.

Mingəçevir Dram Teatrında Valeh Kərimovun xidmətlərini yüksək qiymətləndirən İntiqam Soltan Xalq Artistinə həsr edilmiş tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib.

Ömrünü yaradıcılığa həsr etmiş Xalq Artisti göstərilən diqqətə görə minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə, xatirələrini bölüşüb.

Tədbirdə Valeh Kərimovun rol aldığı müxtəlif film və tamaşalaardan videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Valeh Kərimov tamaşaçılarına Mingəçevir Dövlət Dram Teatrında tərəf müqabili olduğu aktirisalarla tamaşalardan kiçik dialoqlar səsləndirib, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.