Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib
Seçki Komissiyası ən çox səs toplayan 7 nəfəri İctimai Şuranın üzvü elan edib
Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb.
Səssaymadan sonra nəticələr elan olunub:
- Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi Mingaçevir filialının sədri)- 55 səs.
- Həsənli İxtiyar Abbas oğlu (“Azərbaycan Bələdiyyəsi” ictimai-siyasi onlayn qazetinin xüsusi müxbiri)- 56 səs.
- Həsənov Natiq Nəriman oğlu (Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin sədr müavini)-53 səs.
- Xəlilov Ağahüseyn Mirzəhüseyn oğlu (“Türk binası” məhəllə komitəsinin sədri)-46 səs.
- İlyasova Dilşad İlyas qızı (Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Mingəçevir şəhər filialı Idarə Heyətinin üzvü)- 41 səs.
- Kərimov Əliqismət Ələkbər oğlu (“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri) – 65 səs.
- Kərimov Süleyman Salman oğlu (“Puşkin-7” məhəllə komitəsinin üzvü)-12 səs.
- Məlikov Mehman Turac oğlu (“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi Mingəçevir filialının sədri)- 96 səs.
- Nabiyev Vüsal Şahin oğlu (Azərbaycan Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şəhər filialının üzvü)-30 səs.
- Nasibov Aydın Qoca oğlu (Qızıl Aypara Cəmiyyəti Mingəçevir Regional Mərkəzinin koordinatoru)- 45 səs.
- Səfərov Sübhan Ədil oğlu (Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir şəhər şöbəsinin idarə heyətinin üzvü) – 50 səs.
- Soltanov Xəlil Məmməd oğlu (Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İB-nin Mingəçevir şəhər filialının üzvü) – 34 səs.
- Sirinli İnqilab Xosrov oğlu (“Kanal-32” Media Şəbəkəsinin baş direktoru) – 50 səs.
Seçki Komissiyasının qərarı ilə aşağıdakılar Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuranın üzvləri elan ediliblər:
- Məlikov Mehman Turac oğlu
- Kərimov Əliqismət Ələkbər oğlu
- Həsənli İxtiyar Abbas oğlu
- Cəfərov Oktay İsa oğlu
- Həsənov Natiq Nəriman oğlu
- Səfərov Sübhan Ədil oğlu
- Sirinli İnqilab Xosrov oğlu.
Şərhlər bağlıdır.