Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin 13 şəhidi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeninə layiq görülüb

Dekabrın 30-da şəhərin Heydər Əliyev Mərkəzində şəhid ailələrinə mükafatların təqdim olunma mərasimi keçirilib

Ölkə başçısının 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən bir qrup şəhid orden və medallarla təltif olunub. Onların arasında Mingəçevirin 13 şəhidinin- Həmidov Mixail Hamletoviç, Əli İlqar oğlu Əhmədov, İslam İlqar oğlu Əhmədov, Emil Zaman oğlu Əmirov, Fuad Şöhrət oğlu Xankişiyev, Ülvi Şahin oğlu Qulamlı, Hüseyn Adil oğlu Abbasəliyev, Tural Əmir oğlu Orucov, Mikayıl Xalıqverdi oğlu Əlibəyli, Musa Tapdıq oğlu Həsənov, Tural Tapdıq oğlu Həsənov, Atiq Ariz oğlu İbrahimov, Elman Rakif oğlu Əliyevin də adları var. Onlar “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeninə layiq görülüblər.

Dekabrın 30-da şəhərin Heydər Əliyev Mərkəzində şəhid ailələrinə mükafatların təqdim olunma mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri ilə yanaşı hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 44 günlük Vətən müharibəsində igidlik göstərən şəhidlərimiz haqqında qısa məlumat verib. Bundan sonra mükafatları ailələrinə təqdim edib.

Şərhlər bağlıdır.