Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Zəfər günü

İcra Hakimiyyəti başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Şəhidlər Xiyabanında onlara müraciət edən analara problemlərinin həllində dəstək olacaqlarını bildirdilər.

Zəfər gününün ikinci ildönümü noyabr ayının 8-də Mingəeçvirdə silsilə tədbirlərlə yadda qalıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri cəmiyyətlərinin sədrləri, qazilər, YAP fəalları və mətbuat işçiləri həyata keçirildi. Heydər Əliyevin abidəsini və Mingəçevir Şəhidlər Xiyabanında uyuyan oğullarımızın məzarlarını  ziyarət edib, önlərinə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

İki şəhid anası narahat olduqları məsələlərlə bağlı başçıya fikirlərini çatdırıblar. Məlum olub ki, qeyri-müəyyən səbəbdən 4 ay ərzində ailənin müavinəti kəsilib, yalnız müraciətlərdən sonra bərpa olunub, amma ödənilməmiş 2700 manat vəsait qaytarılmayıb. Bir şəhid məzarının başdaşı isə bir gün öncə zədələnib. İcra başçısı və hüquq-mühafizə orqanlar hər iki məsələni araşdıracaqlarını və ailələrə kömək göstərəcəkərini bildiriblər.

Ziyarətdən sonra Zəfər gününə həsr olunmuş istirahət zonasına ictimai baxış keçirilib. Axşam saatlarında isə Heydər Əliyev Meydanında Zəfər günü ilə bağlı konsert və atəşfəşanlıq təşkil olunub.

Şərhlər bağlıdır.