Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: Avadanlıq alınması üçün təklif gözlənilir

Maraqlananlar qiymət təkliflərini 2024-cü il martın 11-dən 20-dək göndərə bilərlər

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə və Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə Valideyn Təlatümü”  təşəbbüsü çərçivəsində podratçı təşkilat olan Mingəçevir Resurs Mərkəzi aşağıdakı malların alınması üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir:

1.Dərzi üçün alətlər (6 dəst)

1.1.Ütü

1.2.Kəsim-biçim stolu

1.3.Maniken

1.4.Overlok (hörmələyici) maşın

1.5.Düz tikiş maşını

1.6.Xətkeşlər (ölçü üçün)

1.7.Qayçı.

2.Stilist-vizalist üçün alətlər (8 dəst)

2.1.Fen

2.2.Qayçı

2.3.Buxar feni

2.4.Ziqzaq feni

2.5.Ziqzaq qayçıları

2.6.Fen daraqları

2.7.Nəqqaş

2.8.Saç daraq dəsti

2.9.Saç utkaları.

3.Dırnaq ustası üçün alətlər (2 dəst)

3.1.Stolüstü lampa

3.2.Qurutma aparatı

3.3.Manikür tozsoranı

3.4.Manikür aparatı (yonmaq üçün)

3.5.Steril aparatı.

4.Şirniyyat bişirmək üçün alətlər (3 dəst)

4.1.Xəmiryoğuran

4.2.Mikser

4.3.Soba (peç)

4.4.Vitrin.

5.Kompüter avadanlığı (1 dəst)

5.1.Stolüstü kompüter

5.2.Printer.

 

Ödənişlər müqavilə əsasında, hesab faktura və elektron qaimə təqdim etməklə həyata keçiriləcək. Maraqlananlar qiymət təkliflərini 2024-cü il martın 11-dən  20-dək aşağıdakı ünvana göndərə bilərlər:

farman.nabiyev@gmail.com

 

Mingəçevir Resurs Mərkəzi MMC

 

Şərhlər bağlıdır.