“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: İş axtaranlar üçün imkan
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən gerçəkləşir.
2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətlər üzrə bacarıqları olan peşəkar işçilər tələb edir:
1.Layihə rəhbərinin köməkçisi
Layihə boyunca əvvəldən axıradək tədbirlərin keçirilməsini təşkil etmək. Hədəf qrupunu (20 imkansız gənc ananı) təlimlərə cəlb etmək, maraq və bacarıqlara uyğun olaraq, 12 qadının yerli sahibkar müəssisələrində 2 aylıq təcrübəsini təşkil etmək, onların 50%-nin təcrübə keçdiyi sahibkar müəssisələrində və digər müəssisələrdə işlə təmin edilməsinə, digər hissəsinin özünəməşğul və sahibkar şəxsə çevrilməsinə yardımçı olmaq.
2.Psixoloq:
Evdə və ailədə ümumi öhdəliklərin təşviqi, ödənişsiz qayğı və işin nəzərə alınması, Freydin psixoanaliz nəzəriyyəsi üzrə uşaqla davranma barədə təlim və məsləhət. Psixoloq 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
3.Hüquqşünas:
Zəif təbəqələr, o cümlədən aztəminatlı uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanları, təhsil siyasətlərinin və qərarlarının işlənib hazırlanmasında valideynlərin səsi, sahibkar olmağın qanuni yolları barədə təlim və məsləhət. Hüquqşünas 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
4.İqtisadçı-mühasib:
Yoxsul və aztəminatlı əhalinin iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə təlim və məsləhət. İqtisadçı 4 gün ərzində 5 saat olmaqla cəmi 20 saat təlim aparacaq və 20 iştirakçının hər birinə 1 saat ayırmaqla cəmi 20 saat fərdi məsləhət verəcək.
5.Tədqiqat aparacaq mütəxəssislər:
Hədəf qrupunu (imkansız gənc anaları) sinif rəhbəri və valideyn komitələri ilə birgə sorğu yolu ilə müəyyənləşdirmək və təkliflər vermək, həmçinin məktəb İctimai Şuralarının fəaliyyətinə dəstək verməklə gənc anaları təhsilin idarə olunmasında aktiv iştiraka həvəsləndirmək.
6.Veb dizayner:
Valideyn icmasının problemlərini və uğur hekayələrini cəmiyyətə çatdırmaq, valideynlərlə əks əlaqəni rahat və operativ qurmaq, onları öhdəlikləri ilə bağlı məlumatlandırmaq və individual təlimləri aprmaq üçün “İcmaya Yardım Adası” adı ilə (İYA.AZ) onlayn platforma yaratmaq, 3 ay ərzində veb səhifəni quraraq hostinqə yerləşdirmək, eyni zamanda SSL sertifikatının alınmasını təmin etmək.
7.Media mütəxəssisi:
Veb səhifəni idarə etmək, keçirilən bütün tədbirlərdən xəbərlər hazırlayıb yerləşdirnək, . “Təhsili evdən məktəbə qaytaraq!” adı ilə bütün ölkə üzrə keçiriləcək video müsabiqəni təşkil etmək, gənc analar haqqında 5 uğur hekayəsi (videohekayə) hazırlamaq.
Seçilmiş şəxslər fərdi müqavilə üzrə (fiziki şəxs VÖEN-i ilə) işə cəlb ediləcəklər.
Maraqlananalar CV, fərdi proqram və qiymət təkliflərini 15 noyabr 2023-cü ilədək aşağıdakı ünvana göndərə bilərlər:
Mingəçevir Valideynlər Assosiasiyası İB
Mingəçevir Resurs Mərkəzi MMC
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.