Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə nərd yarışı keçirilib

255

Oktyabrın 29-da Mingəçevir Bələdiyyəsinin akt zalında Qarabağda Zəfərimizin ikinci ildönümünə həsr olunmuş nərd turniri keçirilib. Tədbirin təşkilatçısı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialı olub.  Təşkilatın sədri Əlağa Bəndalıyev deyib ki, tədbir Mingəçevir İcra Hakimiyyəti və Bələdiyyə ilə razılaşdırılıb:  “Məqsədimiz ağsaqqallarla gənclər arasında əlaqələri genişləndirmək, asudə vaxtın təşkili və milli sərvətlərimizdən sayılan nərdin təbliğıdir.

30-dan çox  peşəkar və həvəskar nərd oyunçusu qeydiyyatdan keçib və qabiliyyətlərini sınayırlar. Biz I, II və III yerin qaliblərinin mükafatları ilə yanaşı  “Təcrübəli oyunçu” və “Gənc oyunçu”lar üçün də prizlər nəzərdə tutmuşuq”.

Turnirin baş hakimi Rusiya “Nərd” Federasiyasının prezidenti Qalib Ağayev yarışın gedişinə nəzarət edib.  Axşam saatlarınadək davam edən yarışın sonunda  qaliblər  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli və AQMƏVŞA-nın fəxri fərmanı ilə mükafatlandırılıb.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.