Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Müstəqillik Günü

İcra Hakimiyyətinin başçısı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi

207

28 may Müstəqillik Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının Heydər Əliyev Mərkəzində birgə təşkil etdikləri elmi-nəzəri konfrans Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşlərdə həlak olmuş  şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bayram münasibətilə zala toplaşanları təbrik edib və deyib ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi: “Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə, cəmi 23 ay mövcud olub.  Bu  il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il keçir. Bu gün İlham Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq gündən-günə inkişaf edir və qüdrətlənir”.

Daha sonra  YAP Mingəçevir şəhər Təşkilatının sədri Cavanşir Yusubov, “Tələbə” poliklinikasının baş həkimi Nurcamal Əsgərova,  7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, MDU-nun “Mühəndislik” fakultəsinin “Fizika və ekologiya” kafedrasının müəllimi Aytac Cavadova çıxış ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.