Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə keçmiş köçkünlər hüquqi sahədə ilkin biliklərə yiyələndilər

2 gün davam edən təlim “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində baş tutub

Ötən həftənin sonunda “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə növbəti təlim də keçirilib. Təlimçi Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test qiymətləndirməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar, imtiyazlar və qrantlarla bağlı məlumatlar da verib.

Növbəti gün subyektin bacarıqlarını qiymətləndirməklə proqnozlaşdırılmış təhsil istiqamətinin qurulması, “Z-α” nəsillərarası peşə baxışlarını müəyyənləşdirmə qaydaları, gələcəyin peşələri, onların əlçatanlıq istiqamətlərinin öyrənilməsi haqda fikir mübadilələri aparılıb. Təlimin gedişatı barədə sualarımızı cavablandıran Ayaz Ədilov deyib: “Biz hazırki təhsil siyasəti və qərarlarında müasir təhsil istiqamətinə mane olan məsələlərə başlıca diqqət yetirdik. İzah etdik ki, ənənəvi təhsil modelindən yeni təhsil proqramlarına keçid üçün gərəkli fənləri, xüsusən İT, məntiq, şahmat, əxlaq, din və xronoloji tarixi öyrənmək  daha vacibdir. Təhsilə kompleks yanaşma olmalıdır: bağca, məktəbəqədər, məktəb və ali təhsil pillələri üzrə modelləşdirmə və optimallaşdırma individual aparılmalıdır”.

2 gün davam edən təlimdə təhsil siyasəti, normativ aktların, o cümlədən yeni təhsil modellərinin hazırlanmasında valideyinlərin iştirakı və səsi, təkliflərin kollektiv təqdimatı, sahibkar olmağın qanuni yolları barədə də bilgi verilib.

Təlim Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant proqramı çərçivəsində “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin layihəsi üzrə aparılıb.

Şərhlər bağlıdır.