Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Teatrı Zaqatala və Balakəndə

Tamaşaçılar arasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də olub

18-19 may 2024-cü ildə Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zaqatala və Balakənə qastrola gəlib və repertuarına daxil olan iki fərqli tamaşa ilə rayon sakinləri qarşısında çıxış edib.

Bu barədə MDDT-nın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib. O, bildirib ki, tamaşalar bir gün fərqi ilə hər iki rayonda saat 12-də başlayıb: “Azərbaycan Respublikasının Xalq şairi Abdulla Şaiqin “Tıq-tıq xanım” əsəri əsasında rejissor İlqar Rəhimovun səhnələşdirdiyi eyniadlı kukla  tamaşası Zaqatalada (2 seans) və Balakəndə (3 seans) nümayiş olunub.  Saat 17-də isə yazıçı İsi Məlikzadənin əsəri əsasında Azərbaycan Respublikasının Xalq artisti Valeh Kərimovun quruluş verdiyi “Subaylarınızdan görəsiniz” tamaşası   (hər rayonda 1 seans olmaqla)  teatrsevərlərə təqdim olunub. Hər iki tamaşa auditoriya tərəfindən rəğbətlə qarşılanıb”.

Tamaşaçılar arasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də olub.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.