Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhəri Texniki Humanitar Liseydə 28 May Respublika Gününə həsr edilmiş növbəti ” Öz gələcəyin üçün oxu!” devizli “Yaxşıların yaxşısı” Mükafatlandırma tədbiri keçirilib.

25.05.2024-cü il tarixində Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər üzrə təhsil sektoru nəznində fəaliyyət göstərən  Texniki Humanitar Liseydə 28 May Respublika Gününə həsr edilmiş növbəti ” Öz gələcəyin üçün oxu!” devizli “Yaxşıların yaxşısı” mükafatlandırma tədbiri keçirilib.
Liseyin elmi işlər üzrə direktor müavini Kəmalə Yusifovanın moderatorluğu ilə həyata keçirilən tədbirdə Mingəçevir şəhərində fəaliyyət göstərən “Kür” kursunun rəhbəri Samir Aslanov, “Smart” kursunun rəhbəri Fəqan Əhmədov, “On may” kursunun rəhbəri Ceyran Sultanova, “Abral Akademiya”nın koordinatoru Aynur Quliyeva, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayaraq liseyin 2023/2024 tədris ilində seçilən, müxtəlif olimpiyadalarda birincilik qazanan şagirdlərin uğurlarından bəhs edən liseyin direktoru Nailə Məmmədova  ” Yaxşıların Yaxşısı” layihəsinin 10 ildir lisey tərəfindən keçirildiyini bildirib.
Təhsil yolunda durmadan çalışan şagirdlərin qazandıqları uğurlar münasibəti ilə həm şagirdləri, həm onların valideynlərini təbrik edən N. Məmmədova hər il bu ənənənin davam etdirildiyini vurğulayıb.
Şagirdlərin Hər zaman yüksəlişi, özgüvəninin formalaşması, daha əzmkar olmaları  üçün bu kimi tədbirlərin xüsusi önəm kəsb etdiyini bildirən direktor qonaqlarla birlikdə şagirdlərin sertifikat və hədiyyələrini təqdim edib.

Hər il təhsil uğurları ilə seçilən şagirdlərin mükafatlandırılması ilə keçirilən yarışın tarixi haqqında videoçarx nümayiş etdirilib.
Sonra yarışın qaliblərinə “Yaxşıların ən yaxşısı”, “İlin qızıl şagirdləri” mükafatları təqdim edilib.
Cari tədris ilində lX sinif şagirdləri Namazlı Cəbrayıl, Mirzəyev Sumuraz, Vlll sinif şagirdləri Hacağayeva Gülçin, Həsənova Dəniz, l sinif şagirdləri Hümbətli Cavidan və Aylin Camal Liseyin Qızıl şagirdləri elan edildilər. Bu şagirdlər RFO və Beynəlxalq SAF STEAM AZƏRBAYCAN 2023-ün qalibləri olublar.
Tədbirdə liseyin şagirdlərinin ifasında mahnı və rəqslər nümayiş olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.