Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər Texniki Humanitar Liseyi (THL) qızıl medala layiq görüldü

        “Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilmiş Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib”
        Elm və Təhsil Naziri Emin Əmrullayev başda olmaqla, Elmi-tədqiqat institutlarının direktorları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin və dövlət qurumlarının rəhbərlərinin qatıldığı bağlanış mərasimində festival çərçivəsində təşkil olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb.
        5-9 dekabr tarixlərində baş tutan SAF 2022-də bir sıra xarici dövləti və ölkəmizin müxtəlif regionlarını, fərqli yaş qruplarını və sahələri əhatə edən müsabiqələrdə 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.

       Mingəçevir Şəhər Texniki Humanitar Liseyinin komandaları bütün nominasiyalarda uğur qazanmağa müvəffəq olub.

       THL direktoru Nailə Məmmədova komandaların gərgin əməyinin və 5 gün davam edən mübarizələrinin yüksək səviyyədə qiymətləndirildiyini qeyd edərək,  Elm və Təhsil naziri cənab Emin Əmrullayevə minnətdarlığnı bildirib.

      Qeyd edək ki, Mingəçevir THL komandaları aşağıdakı nominasiyalar üzrə uğur qazanıblar!

1. ROBOKİDS – KİDSTAR KOMANDASI – QIZIL MEDAL
2. SURVİVOR HIGH-SUMBUILDERS & & THL KOMANDASI
BÜRÜNC MEDAL
3. SURVİVOR MIDDLE-CODERO KOMANDASI
BÜRÜNC MEDAL
4. VEX İQ- REDDAWN KOMANDASI DESİNG AWARD NOMİNASİYASININ QALIBI
5. VEX İQ – TECHKNİGHTS KOMANDASI
DESİNG AWARD NOMINASIYASININ QALİBİ
TƏBRİK EDİRİK!

Şərhlər bağlıdır.