Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə cəlb olunacaq.

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib,
Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə cəlb olunacaq.
Başçı deyib ki, Mingəçevirin “Energetik” futbol klubu respublikamızın həvəskar klubları arasında uğurla çıxış edərək yüksək nəticəyə nail olub və AFFA İcraiyyə Komitəsinin qərarı ilə gələn mövsümdən “Mingəçevir” adı ilə respublika çempionatının birinci divizionunda çıxış etmək hüququ qazanıb: . “Komandamızın dirçəlməsi üçün maddi-texniki bazasını yaxşılaşdlrmaq, təlim-məşq bazalarını, əsas meydançanı yüksək səviyyəyə gətirmək niyyətindəyik. Bu işdə Gənclər və İdman naziri Fərid Qayıbov,  AFFA-nın İcraiyyə Komitəsinin rəhbərliyi bizə dəstək göstərəcəyini bildirib”.

Şərhlər bağlıdır.