27 sentyabr 2020- ci ildə başlanan Vətən müharibəsini canları bahasına qazanan Şəhidlərimizin Anım Günü Mingəçevir şəhər 12 saylı Şəfa körpələr evində qeyd olunub.
Azərbaycanın 30 illik Qarabağ həsrətinə son qoyan müharibənin qəhrəmanları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Mingəçevir Şəhidləri Məmişov Nurlan, Seyidov Şahmar, Əliyev Elman, Xankişiyev Fuad, Ağakişiyev İlkinin anaları çıxış edərək, dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan danışıb. Yevlax şəhidi Kazımov Eminin həyat yoldaşı, və qazi Qədirli Coşqun qəhrəmanlıq dastanı yazılan 44 günlük Vətən müharibəsindən danışıb.
Körpələr evinin direktoru Zenfira Məmmədova Şəhid ailələrinə tədbirdə iştirak etdiklərinə görə təşəkkürlərini bildirib. Körpələrin vətənpərvər ruhda yetişdirilməsi, qəhrəmanlarımızın daim yaşadılması üçün, Körpələr evinin üzərinə düşən öhtəliklərdən danışıb.
Tədbirdə həmçinin körpələr evində çalışan müəllimlər də çıxış ediblər.
Sonra tədbir 12 saylı Şəfa körpələr evinin balaca fidanlarının anım gününə həsr olunmuş səhnəcikləri, şeirləri ilə davam etdirilib.
Şərhlər bağlıdır.