Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir İcma İnkişaf Mərkəzi şəhərin ekoloji problemlərinin həlli üçün ekspertlər və gənclərlə görüş keçirib

Mingəçevir İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə şəhərdə müxtəlif sahələrdə çalışan və müxtəlif sektorları təmsil edən şəxsləri bir araya gətirən  görüş keçirilib. Səmimi şəraitdə baş tutan görüşdə Mingəçevir İşıqları qəzetinin redaktoru, Mingəçevir Resurs Mərkəzinin piar meneceri Yeganə Nəbiyeva, Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakultəsinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova, Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşı Gültac Rzabəyli-Alıyeva, Azərbaycan Müəllimi qəzetinin Mərkəzi Aran təmsilçisi Aynur Quliyeva, Mingəçevir Gənclər Evinin əməkdaşı Pənah Kərimov, Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aslan Ələkbərzadə, MDU Bir Könüllü təşkilatının koordinatoru Qorxmaz Rəhimli, Mingəçevir STEAM Mərkəzinin əməkdaşı Müşfiq Tarıverdiyev və Mingəçevir Dövlət Universitetinin tələbəsi Familə Həsənova iştirak ediblər.

Görüş zamanı şəhərin ekoloji və digər sosial problemləri barədə geniş müzakirələr aparıldı və bu məsələlərin həlli yolları araşdırıldı. Ekoloji layihələrin həyata keçirilməsi və bu sahədə görüləcək işlər üzrə konkret addımlar atmaq üçün icra planı hazırlanıb.

Görüşdən sonra iştirakçılar Kür çayı sahilində yerləşən zibilli ərazini ziyarət edərək, orada yaranmış ekoloji vəziyyətlə yerində tanış olublar.

Şərhlər bağlıdır.