Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir gənclərindən daha bir möhtəşəm tamaşa

Gənclərin İnkişaf və Karyera Mərkəzi Mingəçevir nümayəndəliyinin istedadlı gəncləri bu dəfə Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsinin motivləri əsasında “Otaq 113” tamaşası ilə izləyicilərin qarşısına çıxıb

Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in birgə təşkilatçılığı ilə son iki ay ərzində ərsəyə gələn “Teatr laboratoriyası” layihəsi Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa ilə başa çatıb. Gənclər Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsinin motivləri əsasında  hazırladıqları “Otaq 113” tamaşasında hadisələri təsirli və poetik dillə təqdim edərək, cəmiyyətə həyatın nə qədər şirin və dəyərli olduğu barədə mesajlarını veriblər.

Şərhlər bağlıdır.