Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Film kimi

Biri varmış, biri yoxmuş...

414
  • Həyat da bir filmdir, sadəcə, bu filmin nə zaman başladığını bilmirik. Zaman-zaman hər birimiz bu filmin epizodlarında oynayırıq, sonra da çəkiliş meydanını həmişəlik tərk edib gedirik. Bizdən də geriyə nələrsə qalır, bir az xatirələrdə, bir az da şəkillərdə. Sizcə daha çox nəyə diqqət edirik?
  • Faktlara, tarixi və elmi araşdırmalara, müşahidələrə nəzər salsaq, daha çox rollara, geyimlərə, bəzək-düzəyə, əşyaların nədən hazırlandığına, iştirakçılara, onların zamanla dəyişməsinə, ətrafımızda baş verən dəyişikliklərə daha çox diqqət etdiyimizi görərik. Adına da gah inkişaf deyirik, gah tənəzzül, gah təkamül deyirik, gah da cılızlaşma…Bəlkə baxışlarımızı, diqqətimizi daha başqa istiqamətlərə yönəldək? Məsələn, ssenarini yazana və rejissoruna diqqət edə bilərik, onun fikirlərini,  eyni zamanda xarakterlərin nə hiss etdiyini anlamağa və filmin mahiyyətinə varmağa çalışa bilərik. Bəlkə elə insanlar bunu anlayana qədər bu film davam edəcəkdir?
  •  

Şərhlər bağlıdır.