Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Gəncləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə "Zəfərin səsi", "Möhtəşəm 44 günün birincisi" intellektual yarışları və Qarabağa aid mahnılardan ibarət konsert proqramı təşkil olunub

227

GİKM-in Mingəçevir nümayəndəliyi və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərin səsi” intellektual yarış keçirilib. “Xəmsə” formatında baş tutan yarışda komandalar qalib olmaq uğrunda mübarizə aparıb. “Che” komandası daha çox suala doğru cavab verərək yarışın qalibi olub.

“Mingəçevir Gənclər Evi” SXM, GİKM-in Mingəçevir nümayəndəliyi, “İşıqlı Gələcək” GİB-in birgə təşkilatçılığı ilə keçirilən və 44 gün davam edən “Möhtəşəm 44 günün birincisi” intellektual turniri başa çatıb.

Komandalar 44 günlük zəfər yürüşünə həsr olunan, “Quiz”, “Nə? Harada? Nə zaman?”, “Brain ring”, “Kod da Vinçi” formatlarında baş tutan turnirdə ölkəmizin tarixi, 44 gün ərzində Rəşadətli ordumuzun keçdiyi çətin və şərəfli döyüş yolu, milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü ilə bağlı suallarını cavablandıraraq qalib olmaq uğrunda mübarizə aparıb.

Turnir “Go” komandasının qalibiyyəti ilə başa çatıb. “Che” komandası turnirdə II, “Legends” komandası isə III yerin sahibi olub. Qaliblər sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Qiyaslı Uşaq Musiqi Məktəbinin Mingəçevir filialının təşkilatçılığı, GİKM-in Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı ilə Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib. Konsertdə istedadlı tələbələr öz ifaları ilə dinləyicilərin zövqünü oxşayıb. Qarabağ musiqilərindən ibarət konsert proqramı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.