Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Gəncləri 1 yaşında

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin 1-ci ildönümü ilə əlaqədar hesabat konfransı keçirilib

Konfransda şəhər rəsmiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, nümayəndəliyin Gənc Könülləri və şəhərin aktiv gəncləri iştirak edib.

Konfrans istedadlı gənclərimizin sintez etdikləri musiqinin ifa olunması ilə başlayıb. Mərkəzimizin direktoru Vüsal Mahmudov konfrans iştirakçılarına 1il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verib. Konfransda şəhər rəsmiləri GİKM-in Mingəçevir nümayəndəliyinin gənclərin inkişafı üçün gördüyü işlərdən, əldə etdikləri nailiyyətlərdən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qonaqlar və gənclər Mingəçevir Dövlət Dram Teatrında “Teatr klubu”nun istedadlı üzvləri tərəfindən hazırlanan “Bala başa bəla” tamaşasını izləyib.

Sonda əməkdaşlıq edilən şəhərin idarə və qurumları, həmçinin gənclər müxtəlif nominasiyalar üzrə təltif edilib.

Bir il ərzində fəaliyyətlərimizin mərkəzində yer alan gənclərimizə təşəkkür edir, birlikdə yeni və daha böyük uğurlara imza atmağı arzulayırıq. Güc birlikdədir! Biz sizdən güc alırıq.

Şərhlər bağlıdır.