Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

307

2022-ci ilin 7 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Fidan Rəhimli ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və fakültə dekanı Nüşabə Qədimli də iştirak ediblər.

Adlı təqaüdün hər semestr imtahan nəticələrinin yüksək olması və həmkarlar ittifaqında olan fəallığına görə ali təhsil müəssisəsinin tələbələrinə verildiyini diqqətə çatdıran Ş.Bayramov MDU tələbəsinin əldə etdiyi bu nailiyyəti yüksək qiymətləndirib.

Ölkə üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 65 tələbədən biri olmağı mühüm uğur kimi dəyərləndirən rektor bu münasibətlə F.Rəhimlini təbrik edib və ona uğurlarının davamlı olmasını aruzlayıb.

F.Rəhimli göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə ATİAHİ tərəfindən təsis olunan adlı təqaüdə layiq görülən F.Rəhimli 2021/2022-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasında yüksək nəticə əldə edib, MDU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Həmkarlar Təşkilatının işində fəal iştirak edib.

 

Şərhlər bağlıdır.