Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin magistrantları “Azərbaycan İES”-də

496

2022-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetinin  (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan birinci kurs magistrantları “Azərbaycan İES” MMC-də “Energetika sənayesinin iqtisadiyyatı” fənnindən məşğələ dərsi keçiblər.

Əvvəlcə, magistrantlara bələdçilik edən İES-in mühəndisi Eyyub Musayev onları stansiyanın ərazisi ilə tanış edib.

Sonra, fənn müəllimi, Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova magistrantlara istilik elektrik stansiyalarının işləmə prinsipləri, ölkənin enerji sektoruna və iqtisadiyyatına verdiyi fayda barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Praktiki məşğələ magistrantlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi, tədqiqatların nəticəyönümlüyü və səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan MDU-da “Azərbaycan İES” MMC ilə işbirliyinə xüsusi önəm verilir. Cari tədris ilində işbirliyi çərçivəsində ekskursiya, “dəyirmi masa”, elmi-praktik konfrans, universitet tələbələri və İES-in gənc əməkdaşları üçün təlim-təcrübə proqramları təşkil edilib.

Şərhlər bağlıdır.