Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Könüllülər yerli hökumətdə fərqli işlərin icrası ilə məşğul olublar

2 ay öncə Mingəçevir Şəhər  İcra Hakimiyyətində könüllülük fəaliyyətinə başlayan  gənclər ötən müddətdə müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edib, ayrı-ayrı şöbələrdə fərqli işlərin icrası ilə məşğul olublar. İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunan gənclər təcrübə dövründə yeni biliklərə yiyələniblər. Onlar gələcək fəaliyyətlərində bu təcrübədən istifadə edəcəklərini bildirirlər.

Könüllülük fəaliyyətlərinin başa çatması münasibətilə təşkil olunan mərasimdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə kölüllülük hərəkatının inkişafından söz açıb, ölkə başçısının bu hərəkata göstərdiyi diqqətdən danışıb: “Cənab Prezident dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etməyi, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmağı, peşə vərdişlərini və təcrübi biliklərini artırmağı, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləməyi və ölkədə könüllülük hərəkatını inkişaf etdirməyi tapşırıb”.

Könüllülərə sertifikatlarını təqdim edən başçı ümid edib ki, buradakı təcrübə onların iş həyatlarında gərəkli olacaq.

Şərhlər bağlıdır.