2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Gündəliyə uyğun olaraq iclasda “2021-ci il üçün MDU-nun maliyyə-təsərrüfat fəaliyyəti haqqında”, “MDU-nun elmi tədbirlərdə iştirakı haqqında” və “MDU-da tələbə təşkilatlarının fəaliyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor müvafiq tapşırıq və tövsiyələrini verib. Hər üç hesabat Elmi Şura tərəfindən qəbul edilib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda “Magistratura və Doktorantura Təhsil Mərkəzinin Əsasnaməsi” təsdiq olunub.
Şərhlər bağlıdır.