Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

20

2023-cü ilin dekabrın 4-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, yeməkxananı, kitabxananı və sanitar qovşaqları əhatə edib.

Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.