Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

348

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb.

Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan prosesinin təşkilində heç bir çətinliyin yaranmadığını və nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu qeyd edib.

İmtahanlarda tələbələrin göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdıran rektor yaz imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Səmimi ortamda keçən görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.

Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin çərşənbə günü təşkil olunması nəzərdə tutulub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.