Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

178

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunan “İrəvan Müəllimlər Seminariyası: pedaqoji fikir salnaməmizin tarix yaradan parlaq səhifəsi” mövzusunda seminar keçirilib

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikamızda İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planının həyata keçirildiyini diqqətə çatdırıb və seminarın əhəmiyyətini vurğulayıb.

Sonra, MDU-nun akademik heyət üzvlərindən dosent Zenfira Əzizova “XIX əsrdə yeni pedaqoji təfəkkür: İrəvan Müəllimlər Seminariyası”,  baş  müəllim Mətanət Yusifova “İrəvan Müəllimlər Seminariyasının yaradıldığı tarixi şərait və bağlanması səbəbləri” və Gülnar Vəliyeva “Azərbaycan dilinin tədrisində İrəvan Müəllimlər Seminariyasının rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları yetişdirmiş, geniş mədəni-maarif işləri həyata keçirmiş İrəvan Müəllimlər Seminariyasının yaranması və fəaliyyəti barədə məlumat verilib, milli təhsilin inkişaf tarixində, dövrün elmi-mədəni mühitinin formalaşması və zənginləşməsində bu təhsil ocağının yeri və rolundan bəhs edilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və verilən suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi əlamətdar hadisələrə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.