Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Abituriyentlərə Dəstək Qrupu yaradılıb

922

2022-ci ilin 16 avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçimininin başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb.

MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən abituriyentlər ADQ-yə müraciət edərək MDU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri və tədris proqramları, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, ADQ həftə içi hər gün saat 09:00-dan 17:00-a qədər fəaliyyət göstərəcəkdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.