Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti kollektivi Ağdamı ziyarət edib

357

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə olublar. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları, tələbə və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU İctimai Nəzarət Şurasının üzvləri təmsil olunublar.

Səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını ziyarət edib, Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələr, o cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalası ilə tanış olublar.

Şahbulaq qalasında universitetin tələbə gənclərinin və əməkdaşlarının təqdimatında Qarabağa həsr olunan musiqi və şeir parçaları səsləndirilib.

Səfərlə bağlı təəssüratlarını bölüşən MDU kollektivi üzvləri doğma yurdların işğaldan azad olunmasından və sürətlə dirçəldilməsindən qürur duyduqlarını bildirib, bu sonsuz sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımıza və Qəhrəman Azərbaycan Əsgərinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Bərdə-Ağdam avtobus marşrutu ilə həyata keçirilib. Səfər müddətində universitet heyəti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təyin edilən bələdçilər tərəfindən müşayiət olunub.

Şərhlər bağlıdır.