Millət vəkili Qənirə Paşayeva ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər və soyqırımlarla bağlı Bakıda muzey yaradılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, deputat parlamentin martın 29-da keçirilən plenar iclasında çıxış edərək deyib ki, Bakıya xarici qonaqlar gələndə ermənilərin törətdiyi vəhşiliklərlə tanış olmaq istəyirlər:
“Bunun üçün bizdən soruşurlar ki, Bakıda bununla bağlı bir muzey varmı? Təəssüf ki, paytaxtımızda belə bir muzey yoxdur. Məsələn, başqa ölkələrdə bu kimi muzeylər var. İsraildə Holokost soyqırımı ilə bağlı ayrıca muzey yaradılıb. 31 mart soyqırım günü yaxınlaşır. Ona görə də, bu təklifin gələcəkdə nəzərə alınmasını təklif edirəm”.
Kamil HƏMZƏOĞLU
Источник: oxu.az
Şərhlər bağlıdır.