Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“mi-news.az“ səhifəsi xəbər portalına çevrildi

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Fərman Nəbiyevin verdiyi məlumata görə, əvvəllər qəzetin bu adda internet səhifəsi vardı, lakin o, həftədə bir dəfə yenilənirdi: “Çap variantımız ayda dörd dəfə çıxdığından biz də həftəlik qəzetdəki materialları sayta yerləşdirməklə işimizi bitmiş hesab edirdik. Məsələ bundadır ki, bölgə qəzetlərindən yalnız bir neçəsinin internet səhifəsi var və o, ən yaxşı halda həftədə bir dəfə yenilənir. Lakin biz onlardan fərqli olaraq, səhifəmizi xəbər portalına çevirməyə qərar verdik. Bu işdə İREX-Azərbaycan təşkilatı bizə dəstək oldu”.
Səhifənin “Bölgə həyatı” doqquz bölmədən ibarətdir: cəmiyyət, sosial, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, idman, kriminal. Əyalətdə baş verən yeniliklər və hadisələr dərhal bu bölmələrdə yerləşdirilir: “Biz hələlik xəbərləri gün ərzində bir dəfə dəyişirik, amma gələcəkdə fikrimiz var ki, maliyyə dəstəyi tapacağımız təqdirdə, yenilənməni anbaan aparaq. Eyni zamanda sayttın ingilis dilində bölməsinin yaradılmasını da düşünürük. Çünki qloballaşan dünyada məlumatlarımızın dünyaya çatdırılması vacibdir”-F,Nəbiyev belə deyib.

Şərhlər bağlıdır.