Azərbaycanın Oğuz rayonunda meşədə kişi meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov, rayonun Tayıflı kənd sakini Əbülfət Ağayevin meyitinin vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə tapıldığını təsdiqləyib.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ilkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən kişinin meyitinin parçalanması müəyyən edilib.
Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.
Şərhlər bağlıdır.