Meksika Azərbaycan əlaqələri müzakirə olunub
Martın 4-də Meksikanın Azərbaycandakı Səfirliyi Azərbaycan-İberoamerika Düşüncə Mərkəzilə birlikdə iki ölkə arasında 29 illik diplomatik əlaqələrin yaranmasına dair video konfrans keçirib.
Konfransda iştirak edən Azərbaycan-İberoamerika Düşüncə mərkəzinin sədri Mahir Qurbanov qeyd edib ki, “Azərbaycan Meksika ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır: “Azərbaycan-Meksika münasibətlərinin təməli Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən qoyulub.
Meksika ölkəmizin müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər isə 1992-ci il fevralın 10-da qurulub.Hazırda Meksika şirkətləri müxtəlif Azərbaycan şirkətlərilə əməkdaşlığı davam edir”,
M.Qurbanov onu da vurğulayıb ki, Xocalı soyqırımını tanıyan dövlətlərdən biri də Meksikadır. 02.02.2012-ci il tarixində Meksika Senatı Xocalı faciəsini soyqırım adlandırıb.
Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini isə qeyd edib ki, Meksika – Azərbaycan diplomatik münasibətlər 1992-ci ildən qurulub. Səfir eyni zamanda bildirib ki, bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunmalıdır.
Hər iki ölkə üçün qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir, bu əlaqələrin daha da inkişafı üçün müxtəlif iqtisadi layihələrin keçirilməsinin önəmli olduğunu bildirib və Meksika-Azərbaycan əlaqələrinə dair təqdimatı nümayiş etdirib.
Görüşdə həmçinin ADU-nun İspan dili mərkəzinin sədri Nərgiz Mədətova, səfir köməkçisi Alexandra Ornelas və digər qonaqlar iştirak ediblər.
Şərhlər bağlıdır.